Məzmuna keç
Senior iOS Developer @ ABBBakı

FaridValiyev

Mobil bank tətbiqləri, Yükə davamlı backend və API-lər, ERP və POS ekosistemləri, Məlumatı qoruyan AI alətləri, Sıfırdan məhsullar yaradıram.

Mən Senior iOS developer və təsisçiyəm, 12 ildir mobil, backend və veb sahələrində işləyirəm. Mobil bank tətbiqləri hazırlamışam, proqram komandalarına rəhbərlik etmişəm. Bu gün HoReCa və pərakəndə üçün ERP və POS ekosistemi olan horeca.az‑ı qururam.

illik təcrübə
12
illik iOS təcrübəsi
9
bank və fintex şirkəti
3
LinkedIn izləyicisi
22K+
01 · İş yerlərimdə

Komandalarımla birgə hazırladığım məhsullar.

Mobil bankçılıq, pul köçürmələri, kənd təsərrüfatı və təhsil — bu sahələrdə mühəndis kimi də, komanda rəhbəri kimi də məhsullar hazırlamışam.

Mobil bankçılıq · iOS2024 — Hazırda

ABB mobile

Azərbaycanın aparıcı banklarından birinin mobil bankı. Rəqəmsal kanallar komandasında müştərilərin istifadə etdiyi funksiyalar üzərində işləyirəm, o cümlədən kart balansının Apple Pay ilə artırılması.

Rolum: Senior iOS Developer

SwiftiOSApple PayPayments
Fərdi və KOS bankçılığı · iOS2021 — 2024

PASHA Bank

Bankın fərdi və KOS müştəriləri üçün iOS mobil bank tətbiqləri üzərində işlədim. Dinamik ödənişləri sıfırdan qurdum, Apple Pay-i inteqrasiya etdim, TOTP-ni və təhlükəsizlik mexanizmlərini reallaşdırdım, mobil komanda üçün CI/CD qurdum.

Rolum: Senior Mobile Developer

SwiftObjective-CApple PayTOTPCI/CD
Aqrotex platformaları2019 — 2021

Aqrar Tədarük və Təchizat

Bir sıra ictimai platformalar: Kənddən Şəhərə (onlayn bazar), Şəhərdən Kəndə (turizm və rezervasiya tətbiqi), AFAQ, Qurbanlıq, Yarmarka və təchizat zənciri üçün keyfiyyətə nəzarət kimi tətbiqlərin yaradılmasında şöbə müdiri və komanda rəhbəri kimi çalışmışam.

Rolum: İnformasiya sistemlərinin idarə edilməsi şöbəsinin müdiri və İT departamentinin direktor müavini

Team leadWeb & mobileCI/CD
Pul köçürmələri · iOS və backend2017 — 2021

Opal Transfer

Böyük Britaniyada pul köçürmə xidməti. Backend-də REST API-lər və verilənlər qatı ilə başladım, sonra iOS tətbiqini buraxılışa qədər apardım və Android tərəfini koordinasiya etdim.

Rolum: Backend → iOS Developer

SwiftREST APIsAndroid lead
Təhsil texnologiyaları · masaüstü, backend və Android2014 — 2017

Smart School · E-Library

Smart School-un E-Kitabxana modulunu başdan-sona mən hazırlamışam. Kitablar MongoDB-də mövzular üzrə bölünmüş və indekslənmiş şəkildə saxlanılırdı, axtarış sürətli idi. Android tətbiqində istənilən mövzunu bütün kitablarda tapıb yalnız həmin bölmələrdən yeni kitab yaratmaq, ya da kitabı tam yükləyib oxu proqramında açmaq olurdu.

Rolum: Proqramçı

JavaJavaFXMongoDBAndroid
02 · Öz məhsullarım

Təməlini qoyduğum məhsullar.

Burada ideyadan buraxılışa qədər hər mərhələ mənim üzərimdədir: məhsul, dizayn və kod.

ERP və POS ekosistemi2018 — Hazırda

horeca.az

HoReCa və pərakəndə üçün yerli proqram ekosistemi qururam: ERP, POS, QR menyu və B2B mağaza. Kassadakı satışdan maliyyə hesabatına qədər bütün əsas proseslər bir-birinə bağlıdır. Ekosistem Azərbaycan qanunvericiliyinə uyğundur, internet kəsiləndə də satış dayanmır, həm bulud, həm də yerli serverdə işləyir.

Rolum: Təsisçi · məhsul və mühəndislik rəhbəri

ERPPOSOffline-firstCloud & on-premFrappeC# / .NET
Sayta keç — horeca.az

Ekosistemə daxildir

  • NextAZ

    ERP, mühasibat, anbar, kadrlar və e-qaimə

  • NextCashier

    Mağazalar üçün internetsiz də işləyən POS

  • NextTerminal

    Restoran, zal və mətbəx üçün POS

  • NextMenu

    Restoran və kafelər üçün rəqəmsal QR menyu

  • Horeca Store

    HoReCa biznesləri üçün B2B onlayn mağaza

AI təhlükəsizliyi · DLP2026 — Hazırda

ai-mask

Süni intellekt kod köməkçiləri ilə LLM API-ləri arasında dayanan lokal DLP şlüzü yaratmışam. O, göndərilən sorğu və fayllarda kart nömrələrini, IBAN-ları, gizli açarları və müştəri adlarını tapır, məlumat kompüterdən çıxmamış onları geri qaytarıla bilən lokal tokenlərlə əvəz edir və ya silir. Model cavab verəndə isə real dəyərləri yerinə qaytarır.

  • Bütün sistemi audit edilə bilən tək Go faylında topladım: yalnız standart kitabxana, internetsiz build olunur.
  • Həssas məlumatı açar sözə, şablona (Luhn, IBAN mod-97, entropiya) və lokal ML həssaslıq modelinə görə aşkarlayır.
  • Hər maskalama audit jurnalına yazılır: jurnalda yalnız neçə məlumatın gizlədildiyi qeyd olunur, məlumatların özü isə heç vaxt saxlanmır. Sistemi PCI-DSS və GDPR tələblərinə uyğunlaşdırmışam.

Rolum: Müəllif · dizayn və mühəndislik

GoDLPLLM securityPCI-DSSGDPR
03 · Haqqımda

Məhsul yaradan mühəndisəm.

Yaxşı proqram varlığında xatırlanmır, yoxluğunda xatırlanır — səssizcə öz işini görür.
— Mühəndislik fəlsəfəm

Azərbaycan Texniki Universitetində radiotexnika və sənaye elektronikası üzrə təhsil almışam. Hələ tələbə ikən kompüter kurslarında dərs deyirdim. 2014-cü ildən təhsil, pul köçürmələri, kənd təsərrüfatı və bank sahəsi üçün proqram təminatı hazırlayıram. Backend və Android ilə başladım, sonra iOS-a keçdim. Zamanla təkcə kod yazmadım, kod yazan komandalara da rəhbərlik etdim.

Hazırda ABB-nin rəqəmsal kanallar komandasında Senior iOS Developer kimi çalışıram, həm də horeca.az‑ın təsisçisiyəm. Təhlükəsiz, sürətli və asan dəstəklənən proqram təminatına əhəmiyyət verirəm.

Süni intellekt artıq gündəlik işimin bir hissəsidir. Analizdən kodun yoxlanmasına qədər bütün mühəndislik prosesində AI agentləri ilə işləyirəm. Şirkətlərin süni intellektdən təhlükəsiz istifadə etməsi üçün alətlər də yaradıram. Məsələn, ai-mask həssas məlumatların LLM xidmətlərinə ötürülməsinin qarşısını alan DLP qatıdır.

Təhsil

Azərbaycan Texniki Universiteti

Bakalavr, Radiotexnika və rabitə — Sənaye elektronikası

2010 — 2014

Dillər
  • Azərbaycan diliAna dili
  • Türk diliAna dili səviyyəsində
  • İngilis diliPeşəkar iş səviyyəsində
  • Rus diliBaşlanğıc səviyyədə

Nə ilə məşğulam

01 / 05

01

iOS və mobil

Swift, SwiftUI, UIKit və Objective-C ilə bank tətbiqləri hazırlayıram. Məhsula hər iki platforma lazım olanda Flutter və ya Android seçirəm.

  • Swift
  • SwiftUI
  • UIKit
  • Objective-C
  • Apple Pay
  • Flutter
  • Android
04 · Təcrübə

Dərs otağından mobil bankçılığa.

12 ildir proqram təminatı hazırlayıram — banklar, fintex, kənd təsərrüfatı, təhsil və öz şirkətim üçün.

  1. Noy 2024 — Hazırda

    Bakı, Azərbaycan

    Senior iOS Developer · Rəqəmsal kanallar

    Hazırda

    ABB

    Azərbaycanın aparıcı banklarından birində mobil bank tətbiqi üçün müştərilərin istifadə etdiyi funksiyaları hazırlayıram. Developer, dizayner və məhsul menecerlərindən ibarət komandada çalışıram.

    • Kart balansının Apple Pay ilə artırılmasını hazırladım.
    • Yeni funksiyaları Swift-də, agile yanaşma və təmiz kod prinsipləri ilə hazırlayıram.
    SwiftiOSApple PayPayments
  2. Sen 2018 — Hazırda

    Bakı, Azərbaycan

    Təsisçi

    Hazırda

    horeca.az

    2018-ci ildə horeca.az‑ı təsis etdim. Bu gün o, HoReCa və pərakəndə üçün ERP, POS, QR menyu və B2B mağaza məhsullarından ibarət yerli ekosistemdir.

    • NextAZ (ERP və mühasibat), NextCashier (pərakəndə üçün POS), NextTerminal (restoran üçün POS), NextMenu (QR menyu) və Horeca Store üzrə məhsul və mühəndislik işinə rəhbərlik edirəm.
    • Sistemi Azərbaycan qanunvericiliyinə və e-qaimə tələblərinə uyğun layihələndirmişəm: internet olmasa da satış davam edir, həm bulud, həm də yerli serverdə işləyir.
    • Hər gün onu real pərakəndə və HoReCa biznesində sınaqdan keçirirəm.
    ERPPOSOffline-firstProduct
  3. Okt 2021 — Noy 2024

    Bakı, Azərbaycan

    Senior Mobile Developer

    PASHA Bank

    Agile komandada çalışaraq bankın müştəriləri və əməkdaşları üçün Swift-də iOS tətbiqləri hazırladım.

    • Fərdi və KOS müştəriləri üçün iOS mobil bank tətbiqlərini hazırladım.
    • Dinamik ödənişləri sıfırdan qurdum, Apple Pay-i inteqrasiya etdim, TOTP-ni və tətbiqin təhlükəsizlik mexanizmlərini reallaşdırdım.
    • CI/CD pipeline-larını qurdum, komandaya yeni qoşulan iOS mühəndislərinə mentorluq etdim.
    SwiftObjective-CApple PayCI/CDSecurity
  4. Sen 2019 — Okt 2021

    Bakı, Azərbaycan

    Proqram təminatı üzrə direktor · İnformasiya sistemlərinin idarə edilməsi şöbəsinin müdiri

    Agro Procurement and Supply OJSC

    Proqram təminatının hazırlanması və İT idarəetməsi üzrə iki vəzifəni birlikdə aparırdım, developer və İT mütəxəssislərindən ibarət komandaya rəhbərlik edirdim.

    • Şirkətin proqram layihələrində planlaşdırma, icra, büdcə və keyfiyyət mənim məsuliyyətimdə idi.
    • CI/CD-ni tətbiq edib build, test və deploy proseslərini avtomatlaşdırdım.
    • Komandamla Kənddən Şəhərə, Şəhərdən Kəndə, AFAQ, Qurbanlıq, Yarmarka platformalarını və təchizat zənciri üçün keyfiyyətə nəzarət tətbiqini istifadəyə verdik.
    LeadershipWeb & mobileCI/CD
  5. Sen 2017 — Fev 2021

    London, Böyük Britaniya

    Backend → iOS Developer

    Opal Transfer

    Böyük Britaniyadakı pul köçürmə xidmətinə backend developer kimi qoşuldum, sonra iOS tətbiqini buraxılışa qədər apardım.

    • RESTful API-ləri və verilənlər qatını layihələndirib qurdum. Sistemin sabit və təhlükəsiz işləməsinə, yük artdıqca genişlənə bilməsinə xüsusi diqqət yetirdim.
    • iOS tətbiqinin hazırlanmasına interfeysdən App Store-dakı buraxılışa qədər rəhbərlik etdim. Hər iki platforma uyğun olsun deyə Android tərəfini də koordinasiya etdim.
    SwiftREST APIsDatabases
  6. Okt 2014 — İyl 2017

    Bakı, Azərbaycan

    Proqramçı

    IDRAK Technology Transfer

    Smart School layihəsində E-Kitabxana modulu başdan-sona mənim üzərimdə idi — kitabların hazırlanmasından Android tətbiqinə qədər.

    • EPUB kitablarını mövzular üzrə bölmələrə ayırıb MongoDB-yə yazan JavaFX masaüstü proqramı hazırladım; bölmələr sürətli axtarış üçün indekslənirdi.
    • Server tərəfini MongoDB üzərində qurdum: JSP backend və REST API.
    • Android tətbiqini yazdım: istənilən mövzunu bütün kitablarda axtarmaq, yalnız uyğun bölmələrdən yeni kitab yaratmaq və ya kitabı tam yükləyib oxu proqramında açmaq mümkün idi.
    JavaJavaFXJSPMongoDBREST APIAndroid

İlk addımlarım

Sen 2011 — Sen 2014

Kompüter müəllimi

Piramida Education and Career Centre

Universitetdə oxuyarkən İT əsaslarını, Windows, Microsoft Office və dizayn proqramlarını tədris edirdim.

May 2011 — Sen 2012

IT Academy — könüllü koordinator və təlimçi

Ireli Public Union

Könüllü olaraq tələbələr və gənc mütəxəssislər üçün İT təlimləri təşkil edir, dərslər keçirdim.

Yan 2010 — Mar 2010

Mobil telekommunikasiya biznesinə giriş

Bakcell × Alcatel-Lucent × Junior Achievement

Birinci kursda oxuyarkən seçim testlərində ilk üçlüyə düşdüm və proqrama qəbul olundum.

05 · Tövsiyələr

Rəhbərlərim nə deyir.

LinkedIn-də yazdıqları tövsiyələr — olduğu kimi, orijinal dildə.

Noy 2024

It was a pleasure to work with Farid to solve technical challenges on our both iOS applications. He has broad range of knowledge in software engineering including microchip programming, machine learning, backend, web, mobile fields. His dedication on work resulted serial successful projects - building dynamic payments from scratch, TOTP implementation, security mechanisms, CI/CD pipeline building and etc. He also helped several software engineers to onboard our team effectively and guided them to excel in programming.

Karim Karimov

CTO Advisor

Birbaşa rəhbərim · PASHA Bank

Noy 2024

Farid is very experienced on iOS development side. He was developed Retail and SME mobile apps and while developing he helped other engineers to build their technical capabilities and develop the software engineering practices.

Rashad Amirjanov

Director of Digital Engineering

Departament rəhbərim · IDRAK, PASHA Bank

Yan 2019

I am working with Farid for years. Farid very creative person, in all of our project he always showed his creativity. We team stuck Farid always has some incredible way. Farid also one the best developers that I know. His developing skills always impress me, because he always gets the best balance between the latest technologies and cost efficiency.

Rza Asadov

Founder of MeetVap

Birbaşa rəhbərim · Opal Transfer

06 · Frilans və autsorsinq

Əsas işimdən kənarda.

Frilanser və autsorsinq tərəfdaşı kimi səyahət, pərakəndə, hüquq və digər sahələrdə bizneslər üçün məhsullar hazırlamışam.

Bu sayt və tətbiqlər 2020-ci ilə qədər işlənib hazırlanıb. Hazırkı sayt və proqramların sahibliyi və müəllifliyi dəyişmiş ola bilər.

07 · Texnologiyalar

Hər qatda işləyirəm, ən çox da mobildə.

Real layihələrdə istifadə etdiyim texnologiyalar — cihazdan verilənlər bazasına qədər.

Mobil

06
iOS
  • Swift
  • Objective-C
Android
  • Kotlin
  • Java
Kross-platforma
  • Flutter
  • Dart

Veb

04
Frontend
  • JavaScript
  • TypeScript
Server tərəfi
  • PHP
  • JSP

Backend

09
Dillər
  • C#
  • Java
  • Go
  • Python
Freymvorklar
  • .NET
  • Spring Boot
  • Frappe
  • JavaFX
Arxitektura
  • Microservices

Data

05
SQL
  • PostgreSQL
  • MariaDB / MySQL
NoSQL
  • MongoDB
  • Redis
Hadisə axını
  • Kafka

DevOps və çatdırılma

06
Çatdırılma
  • Git
  • CI/CD
Konteynerlər
  • Docker
  • Kubernetes
Serverlər
  • Linux
  • Nginx

AI, təhlükəsizlik və fintex

07
Süni intellekt
  • AI agents
  • LLM integrations
Təhlükəsizlik
  • DLP
  • App security
Fintex
  • Payments
  • Apple Pay
  • QR & IBAN scanner
09 · Əlaqə

Məhsul ideyanız var? Gəlin, birlikdə yaradaq.

Mobil tətbiq, platforma, ya da təcrübəli mühəndis axtaran komanda — nə olursa olsun, məmnuniyyətlə danışaram.

Mənə yazın

info@faridvaliyev.com

Bakı vaxtı--:--GMT+4